Mahir Emreli: “Klubda vəziyyət yaxşı getməsə də...”
16.06.2023 - 11:11
Mahir Emreli: “Klubda vəziyyət yaxşı getməsə də...”

“Bu mövsüm mənim üçün bir az ağır keçdi. İkinci yarıda özümü toparlaya bildim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “İstər-istəməz son oyunda qazanılan nəticə də bizə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəm".

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.

0