Millimizin futbolçusu Mahir Emreli Türkiyə Superliqa klubu "Konyaspor"a keçməyə yaxındır.
Apasport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, "Konyaspor" bu transfer üçün Emreli ilə anlaşıb. Kiçik problemlər həll olunduqdan sonra imza mərhələsinə keçiləcək.
25 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürüləcək. Müqavilədə mövsümün sonunda "Konyaspor"un Mahiri transfer etmək hüququ olan bənd də yer alacaq.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 20 matça 5 qol vurub. O, cari mövsüm Çempionlar Liqası və Xorvatiya çempionatında 10 matça 3 qol vura bilib.
Onu da bildirək ki, Türkiyədə qış transfer pəncərəsinin müddəti zəlzələ səbəbindən fevralın 18-dək uzadılıb. "Konyaspor" hazırda 27 xalla 8-ci sıradadır.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."