Mahir Emreli oynadı, komandası büdrədi
04.02.2023 - 22:21
Mahir Emreli oynadı, komandası büdrədi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqred "Dinamo"su XX turda xal itirib.

Apasport.az xəbər verir ki, "Dinamo" "Slaven Belupo"nun qonağı olub. İlk hissədə vurulan qollarla görüş 1:1 hesabı ilə başa çatıb.

Mahir Emreli fasilədən sonra Petar Boçkayın yerinə meydana daxil olub.

Qeyd edək ki, "Dinamo" 46 xalla Xorvatiya çempionatının lideridir.

0