Mahir Emrelinin debütü sülhlə başa çatdı
05.03.2023 - 20:55

Millimizin üzvü Mahir Emreli bu gün "Konyaspor"la Türkiyə Superliqasında debüt oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXIV turda "Girəsunspor"u qəbul edib. Görüşdə hesab açılmayıb.
Mahir Emreli matça start heyətdə çıxıb. O, 58-ci dəqiqədə xorvatiyalı Robert Muriçlə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" 28 xalla 9-cu pillədədir. Konya təmsilçisi artıq 10 rəsmi oyundur ki, qələbə üzünə həsrətdir.
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb
0
0