Mahir Emrelinin yeni transfer planı - Özəl
26.03.2024 - 12:36
Mahir Emrelinin yeni transfer planı - Özəl

Qış toplanışını zədə səbəbindən buraxan Mahir Emreli yayda gələcək karyerası ilə bağlı həlledici qərar verəcək.

Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Azərbaycan millisinin üzvü Xorvatiya çempionunun heyətində qalmağı planlaşdırmır.

Məlumata görə, yığmanın forvardı özünü Xorvatiyadan kənardan sınamaq istəyir. Əsas planı isə Türkiyəyə qayıtmaqdır. Ötən mövsüm "Konyaspor"da icarə əsasında çıxış edən futbolçunu bu qış "Kocaelispor" yüksək maaşla heyətinə qatmaq istəsə də, o, birinci liqada oynamaq istəmədiyi üçün bu klubun təklifini geri çevirmişdi. Həmin dövrdə komandanın baş məşqçisi Ertuğrul Sağlam Ramil Şeydayevlə yanaşı, Mahir Emrelinin də transfer edilməsini istəmişdi.

Zədə səbəbindən millinin "FİFA series" oyunları üçün yığmanın düşərgəsinə qoşula bilməyən 26 yaşlı forvard "Kocaelispor" Superliqaya yüksələcəyi təqdirdə, onların təklifini yenidən dəyərləndirəcək. Əks halda, Superliqada mübarizə aparan digər klublarında təklifini gözdən keçirəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. Onun Zaqreb klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-a kimidir.

0