Mahir Emreliyə Türkiyədən elçi
06.07.2023 - 14:43
Mahir Emreliyə Türkiyədən elçi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin karyerasını davam etdirə biləcəyi klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu yenidən Türkiyə Super Liqasında forma geyinə bilər.

Forvardın xidmətində yüksək dəstəyə yeni vəsiqə qazanan “Samsunspor” maraqlıdır. Qaradəniz təmsilçisi ötən mövsümün ikinci yarısını “Konyaspor”da keçirən Emreli üçün Zaqreb “Dinamo”suna müraciət edəcək. Samsun təmsilçisinin rəhbərliyi hücumçunu öncə icarəyə götürmək, qışda transfer etməyi planlaşdırır. Bu, Zaqreb klubunun baş məşqçisi İqor Bişçanın futbolçu ilə bağlı yekun qərarından asılıdır.

Qeyd edək ki, Emreli ötən mövsüm “Dinamo” ilə Xorvatiya çempionatında 10 oyunda 3, “Konyaspor”da Türkiyə Super Liqasında 12 matçda 2 qol vurub.

0