Mahirli "Konyaspor" "Qalatasaray"ı Bakıya məğlub göndərir
17.03.2023 - 23:13
Mahirli "Konyaspor" "Qalatasaray"ı Bakıya məğlub göndərir

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komanda XXVI turda lider "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray" bu matçadək 14 oyun idi ki, məğlub olmurdu.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib. Mahir 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, "Qalatasaray" 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. "Konyaspor" isə 34 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qalatasaray" martın 26-da "Qalatasaray"la yoldaşlıq matçı keçirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

0