Mahmudov “Neftçi”nin tarixinə düşdü
10.02.2025 - 21:54
![Mahmudov “Neftçi”nin tarixinə düşdü](https://apasport.az/storage/news/2025/february/10/big/67aa3e4c05e5b67aa3e4c05e5c173921031667aa3e4c05e5967aa3e4c05e5a.jpeg)
Bu gün Misli Premyer Liqasının XXII turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Həmçinin bu matç "Neftçi"nin üzvü Emin Mahmudov üçün əlamətdar olub.
Belə ki, millimizin üzvü komandasının ilk qolunun müəllifi olub. Bu qolla o, "Neftçi"nin səfər matçlarında 650-ci qoluna imza atıb.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "ağ-qaralar"ın şərəfini qoruyur.
0
0