Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Gent” matçına dəqiq hesab təxmini açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Soyoye Cedidiah Bakıdakı qarşılaşmaya proqnoz verib.
“Mançester Yunayted” azarkeşi kimi tanınan mütəxəssis “Qarabağ”a inamını gizlətməyib:
“Qarabağ” son iki matçda heç-heçə edib. Amma komandanın məğlubiyyətsizlik seriyası hələ də davam edir. Cari mövsümdə evdə uduzmayan komanda “Gent”lə görüşü səbirsizliklə gözləyir.
Belçikalılar üç oyundur qələbəyə həsrətdir. Son 9 matçda isə vur-tut 2 dəfə qalib gəlib.
Meydan sahibləri matç ərəfəsində daha yaxşı formadadır. Onlar bu görüşü də birinci nömrə ilə keçirəcək.
“Qarabağ”ın 2:1 hesablı qələbəsini gözləyirəm. Bu üzdən matça üç müxtəlif mərc təklif edirəm. Bakıdakı oyunda 1, Üst və Q/Q variantlarının hər birinə oynamaq olar.
Proqnozum: 2:1
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."