“Mançester Yunayted” yay transfer pəncərəsində heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu İngiltərə millisinin qolkiperi Cordan Pikforda elçi düşüb.
David de Xea ilə müqaviləni uzatmağa yaxın olan “qırmızı şeytanlar” “Everton”un üzvünü alternativ variant hesab edir. İspaniyalı ilə danışıqlar müsbət yekunlaşmasa, onu Pikford əvəzləməlidir. “Everton”un Premyer Liqanı tərk etmək ehtimalı qapıçının komandadan ayrılmasına təkan verə bilər.
Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində “Mançester Yunayted” 4-cü, “Everton” 17-cidir.
- “Karvan-Yevlax”ın futbolçusu milliyə dəvət alıb
- II Liqa: IX turun təyinatları müəyyənləşib
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir