Marko Veşoviç: Hər komandanı məğlub edə bilərik” - MÜSAHİBƏ
27.05.2023 - 17:04
Marko Veşoviç: Hər komandanı məğlub edə bilərik” - MÜSAHİBƏ

“Qarabağ”ın 10-cu çempionluğuna həsr olunan tədbirdə komandanın futbolçusu Marko Veşoviç jurnalistlərin suallarını cavablandırıb. 

Apasport.az saytının əməkdaşının da iştirak etdiyi birifinqdə o çempionluqlarını və öz performansını dəyərləndirib. 

- Mövsümü çempion kimi başa vurduz. Bununla bağlı fikrin necədir?
- Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çmıxış etdik. Yeni mövsümdə də avrokuboklarda uğurlu çıxış etmək istəyirik.

- Bu mövsümkü performansını necə dəyərləndirirsən?
- Təbii ki, performansımdan razıyam. Əsasən də, mövsümün ilk yarısındakı performansımdan. Amma bilirəm ki, daha da yaxşı ola bilərəm. Onu etməyə çalışacam. 

- Komanda Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq. Səncə, “Qarabağ” hansı pilləyə qədər irəliləyə bilər?
- Təbii ki, çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları yer alıb. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər raundda bizə ən ağır rəqiblər düşürdü. Çempionlar Liqasının qrupuna düşmək yolu çox çətin idi. Amma biz heç kimdən qorxmuruq, Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynayacağıq.

- Potensial rəqiblər arasında “Rakuv” və “Farul Konstant” kimi güclü rəqiblər var. Onları məğlub etmək mümkündür?
- Biz hər komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq. Amma keçən il Çempionlar Liqasının qrupuna düşmək üçün ağır yol getdik. Fikirləşirəm ki, bu dəfə bizə yüngül olar.

- Ən azından keçən ilki nəticəni təkrarlaya biləcəksiz?
- Əlbəttə. Püşkatmanın necə olacağı çox maraqlıdır. Ona görə deyirəm ki, hansı rəqib düşsə, oynayacağıq. Avropada bəzi komandalar “Qarabağ”dan qorxur. Biz də daha da yaxş. Olmaq istəyiriksə, daha uğurlu çıxış edək. Çünki potensialımız var.
 

0