Mbappe Benzemaya çatdı
25.03.2023 - 00:49
Mbappe Benzemaya çatdı

Kilian Mbappe Fransa yığmasının heyətində 37-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, PSJ-nin 24 yaşlı hücumçusu AVRO-2024-ün seçmə mərhələsində Niderlandın qapısına 3-cü qolu vurub.

Mbappe indi Fransa millisinin bombardirləri siyahısında 5-ci yer üçün Kərim Benzema ilə eyni göstəriciyə malikdir. Kilian buna 67, Kərim isə 97 matçda bu həddə çatıb.

Qeyd edək ki, Fransa millisinin tarixinin ən yaxşı bombardiri Olivye Jiruda 53 qol var.

0