Mbappe olmasa, Vlahoviç olsun
04.08.2023 - 20:26
Mbappe olmasa, Vlahoviç olsun

Kilian Mbappe transferi alnmasa, “Real” digər variantı nəzərdən keçirəcək.

Apasport.az-ın məlumatına görə, Madrid klubu Duşan Vlahoviç cəhdini edəcək.

PSJ ilə uzun sürən danışıqlar yekunlaşmayıb. Nə Mbappe, nə “Real” Paris klubu ilə ortaq məxrəcə gələ bilib. Əgər nəticə uğurlu olmasa, madridlilər Vlahoviçi heyətə qatmağa çalışacaqlar. Düzdür, “Çelsi” serbiyalı hücumçu ilə bağlı “Yuventus”la danışıqlar aparır. Romelu Lukaku və müəyyən məbləğ ödənilməklə bu trasferin reallaşacağı gözlənilir.

Qeyd edək ki, Vlahoviçin qiymətini 70 milyon avro olduğu bildirilir. Serbiyalı futbolçunun “Yuventus”la üç illik müqaviləsi var.
 

0