Mehdi Hüseynzadədə "Sumqayıt" 3 xala sevindi - YENİLƏNİB
04.02.2024 - 16:59
Mehdi Hüseynzadədə "Sumqayıt" 3 xala sevindi - YENİLƏNİB

Bu gün Premyer Liqada XXI turu növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda baş tutub.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la "Neftçi" üz-üzə gəlib. "Sumqayıt" ilk hissədə Ninqanın vurduğu 2 qolla matçdan qalibiyyətlə ayrılıb: 2:1

Görüşün son dəqiqələrində "Neftçi" Ozobiçin penaltidən vurduğu qolla fərqi azaltsa da, bu flaqman üçün təsəllidən başqa bir şey olmayıb. 

"Kimyaçılar" beləliklə ikinci pilləyə yüksəlib.

Misli Premyer Liqası

XXI tur

15:00. "Sumqayıt" – "Neftçi" 2:1

Qol: K. Ninqa, 7,37, F. Ozobiç, 90+

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt" 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
 

Baş məşqçi: Samir Abasov.

 

"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno,20. Alfa Konte.

Baş məşqçi: Miodraq Bojoviç

0