Melissa Varqas "Fənərbaxça"da
06.02.2024 - 13:39
Melissa Varqas "Fənərbaxça"da

Qadın voleybolçulardan ibarət Türkiyə milli komandasının oyunçusu Melissa Varqas vətənə qayıdıb.

Apasport.az xəbər verir ki, "Fənərbaxça Opet Qadın Voleybol Komandası" Melissa Varqas ilə mövsümün qalan hissəsi üçün yeni müqavilə imzalayıb. Bu barədə klub açıqlama verib.

“Milli voleybolçumuz Melissa Varqas mövsümün qalan hissəsində "Fənərbaxça Opet"in uğurları üçün çalışacaq", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, son olaraq Çin liqasında "Tianjin Bohai" forması geyinən Varqas ötən mövsüm "Fənərbaxça Opet Qadın Voleybol Komanda"sı ilə liqa çempionluğunu, millinin heyətində isə Millətlər Liqası və Avropa çempionatlarını qazanıb. 

0