Çoxsaylı beynəlxalq yarışların qalibi və mükafatçısı Məmmədəli Mehdiyev peşəkar cüdoçu karyerasını bitirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, o, 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu il Avropa Oyunlarında bürünc medal qazanıb.
Mehdiyevin nailiyyətləri arasında Böyük Dəbilqə və Qran Pri yarışlarından ümumilikdə 21 medal var.
Sabiq cüdoçu bildirib ki, karyerasında əsl dostluğu, mehribançılığı, səmimiyyəti və düzgünlüyü tapıb: “İdmançılara yaradılan şəraitə görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Arzum nümunəvi vətəndaş kimi ölkəmə xidmət etmək və gənc nəslə dəstək olmaqdır".
Qeyd edək ki, Mehdiyevdən öncə Rüstəm Orucov və Orxan Səfərov da cüdoçu karyerasını bitirib.
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək