Mərc qalmaqalı: Azərbaycan millisinin üzvü barədə cinayət işi açılıb - Rəsmi
11.11.2025 - 00:21
Mərc qalmaqalı: Azərbaycan millisinin üzvü barədə cinayət işi açılıb - Rəsmi

Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Bundan başqa U-19 və U-21 millimizdə forma geyinmiş və hazırda "Ümraniyespor"da çıxış edən Emre Kaplanın da adı TFF-nin mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda yer alıb.

Haqqında cinayət işi açılan futbolçuların 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin onlar istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.

Xatırladaq ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.