Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında ən çox oyun keçirən almaniyalı sabiq futbolçu Lotar Mateusun rekordunu qırıb.
Apasport.az xəbər verir ki, Messi Argentina yığmasının heyətində Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qarşı oynamaqla mundiallarda sayca 26-cı oyununa çıxıb.
“Qızıl top”un yeddiqat qalibi Fransa ilə matçın 23-cü dəqiqəsində dünya çempionatında oynadığı dəqiqələrə görə (2217) İtaliyanın sabiq mərkəz müdafiəçisi Paolo Maldinini (2216) keçərək rekorda imza atıb.
Messi həmçinin dünya çempionatının qrup mərhələsində və bütün pley-off oyunlarında qol vuran ilk futbolçu olub. 35 yaşlı hücumçu Fransa ilə finalda penaltidən hesabı açıb. Bundan əvvəl o, Səudiyyə Ərəbistanı (qrup mərhələsi, 1:2), Meksika (qrup mərhələsi, 2:0), Avstraliya (1/8 final, 2:1), Niderland (1/4 final, 2:2; penaltilər – 4:3) və Xorvatiya (1/2 final, 3:0) ilə oyunlarda fərqlənib.
Qeyd edək ki, Lionel Messi Qətərdə keçirilən turnirdə 4-ü penaltidən olmaqla 6 qol vurub. Hələ ki o bu göstərici ilə mundialın bombardiridir və "Qızıl buts" və "Qızıl top"u almağa ən real namizəddir.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir