Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.
O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.
Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.
Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.
Qeyd edək ki, Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."