Mikelsin vəziyyətinə aydınlıq gəlib - QABIRĞASI ƏZİLİB
06.10.2025 - 15:44
Misli Premyer Liqasının VII turunun "Karvan-Yevlax"la (0:2) görüşündə zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb.
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Əvəzedicilər Liqası: IX turun təyinatları bəlli olub
- Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"
0
0