Milli Gimnastika Arenasında təlim-məşqlər davam edir
25.01.2024 - 13:14
Milli Gimnastika Arenasında təlim-məşqlər davam edir

Azərbaycan Gimnastika Federasiyası regionlarda və müxtəlif gimnastika bölmələrində gimnastika növlərinin gücləndiriliməsi istiqamətində fəaliyyətini davam etdirir.

Apasport.az xəbər verir ki, bu ilin əvvəlindən etibarən paytaxtda bədii gimnastika üzrə bölgə idmançılarının və müxtəlif klubların gimnastlarının mərhələli şəkildə məşqlərinə start verilib.

Noyabr ayında Gəncə, Masallı, Lənkəran, Kürdəmir, Şirvan, Abşeron, Ağdaşı təmsil edən bədii gimnastlar Milli Gimnastika Arenasının qonağı olublar. Bu il isə Qax Olimpiya İdman Kompleksi, Zaqatala Talaçay Kompleksi, Naxçıvan Olimpiya İdman Kompleksi və Zirə Mədəniyyət Mərkəzini təmsil edən bədii gimnastlar buradakı peşəkar məşqçilərin təcrübəsindən yararlanıblar.

Fevral ayında isə Şəmkir, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Sumqayıt, Qusar, Xaçmaz, Goranboy, Şamaxı, Zabrat, Hövsan, Sağan, Zaqataladan (“OcaqSport” Klubu) olan gimnastlar Milli Gimnastika Arenasında təlim-məşqlərə cəlb olunacaqlar.

Qeyd edək ki, təlim-məşqlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq, alət texnikası üzrə məşqlər keçirilir, gənc gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.

0