Milli komandaların baş məşqçiləri TƏSDİQLƏNDİ
07.03.2023 - 16:07
Milli komandaların baş məşqçiləri TƏSDİQLƏNDİ

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, yığıncaqda bir sıra məsələlər üzrə müzakirələr aparılıb.

Komitə üzvləri aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçilərini də təsdiqləyib. İclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbir planının hazırlanması AFFA-nın baş katibliyinə tapşırılsın.
 
2. 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılsın.
 
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
U-19 – Aqil Nəbiyev
U-18 – Elxan Abdullayev
U-17 – Füzuli Məmmədov
U-16; U-15 – İlham Yadullayev
U-19 (qızlar) – Həbib Ağayev
 
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
 
Apellyasiya Arbitraj Tribunalı
Sədr:
Nazim Rəşidov – Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi
 
Üzvlər:
Rüfət Kərimov – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi
Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü
Orxan Məmmədov – Dövlət Vergi xidmətinin nümayəndəsi
Rəşad Qasımov – Fərdi sahibkar
Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi
 
Oyunçuların Statusu və Transferi Komitəsi
Sədr:
Tural Eyvazov – Hüquqşünas
 
Üzvlər:
Orxan Əhmədov – AFFA-nın əməkdaşı
Seymur Səlimli – AFFA-nın əməkdaşı
Fərid Haqverdiyev – Hüquqşünas
Elgiz Abbasov – PFL-in əməkdaşı
 
Katib:
Nurlan Zeynalzadə – AFFA-nın əməkdaşı
 
İntizam Komitəsi
Sədr:
Erkin Hüseynov – Hüquqşünas
 
Üzvlər:
Məlik Həsənov – PFL-in əməkdaşı
Qabil Nəcəfov – AFFA-nın əməkdaşı
Elçin Məmmədov – AFFA-nın əməkdaşı
Aslan Şahgəldiyev – PFL-in vitse-prezidenti
Ramil Cahangirov – Dövlət Şəhərsalma Agentliyinin nümayəndəsi
Ömər Paşayev – Hakimlər Komitəsinin üzvü
 
Səs hüququ olmayanlar:
Namiq Əliyev – İntizam üzrə müfəttiş
Müzəffər Müzəffərli – PFL-in əməkdaşı
Rəna Əsədova – AFFA-nın əməkdaşı
 
5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın
 
6. Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunsun
 
7. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunması PFL-ə həvalə olunsun
 
8. 2023-2024-cü il mövsümündən etibarən Birinci Divizion və əvəzedici heyətlərin çempionatları ayrı-ayrılıqda keçirilsin. Hər iki çempionat hər birində 10 komanda olmaqla təşkil olunsun
 
9. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunsun. Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılsın.
 
İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi tərəfindən hesabat məruzəsi təqdim olunub.

0