Millimiz Avropa reytinqində ikincidir
30.10.2024 - 12:31

Azərbaycanın minifutbol yığması Avropa reytinqində ikinci pillədə qərarlaşıb.
Apasport.az xəbər verir ki, millimiz Avropa Minifutbol Federasiyasının açıqladığı reytinq cədvəlində 1425 xalla ikincidir.
Komanda yalnız Rumıniyadan (1540) geri qalıb. Son Avropa çempionu Serbiya (1305) üçüncü, Qazaxıstan (1040) isə dördüncü sırada yer alıb.
Qeyd edək ki, ilk "onluq"da həmçinin Bolqarıstan (855), Fransa (815), Slovakiya (745), Montoneqro (685), Macarıstan (665) və Çexiya (655) kollektivləri də var.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0