17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Apasport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.
Azərbaycanın U-17 millisinin heyətini nəzərinizə çatdırırıq:
N Ad/Soyad Klub
1. İradə Əsədli Şəfa
2. Süməyyə Əhməd Ulduz
3. Aysu Əsədova Sabah
4. Ayan Abdiyeva Liman
5. Xədicə Rəhimova Neftçi
6. Zəhra İsmayilova Şəfa
7. Aylin Azadova Sabah
8. Məryəm Nuruzadə Ulduz
9. Nuray Əzizova Təhsil 8 İOEUGİM
10. Aylin Əliyeva Ulduz
11. Məryəm Səmədli Sabah
12. Suel Polikarpova Neftçi
13. Sara Səlimova Neftçi
14. Fatimə Kərimli Sabah
15. Dəniz Mikayıllı Şəfa
16. Sara Qaribova Təhsil 8 İOEUGİM
17. Şəhanə Mirzəliyeva Liman
18. Zəhra Abdullayeva Ulduz