Millimiz Gürcüstan yığması ilə üz-üzə
16.04.2025 - 09:49

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Moldovanın paytaxtı Kişineuda keçirilən UEFA İnkişaf Turnirində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv bu dəfə Gürcüstan yığması ilə qarşılaşacaq.
Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzində oynanılacaq və Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Xatırladaq ki, U-17 millimiz turnirdəki ilk matçında Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komanda turnirin son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0