
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 71 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 79-cu dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.
Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.
- Arif Əsədov: “Erkən qol oyunun taleyini həll edə bilər”
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"
- Hakimi təhqir etdi - 4 oyun kənarda qalacaq
- Millimizin Fransa ilə oyununun biletləri satışa çıxarılıb
- Nazir müavini: Azərbaycanı tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır