Millimiz liderliyi əldən verib - YENİLƏNİB
08.04.2025 - 22:01
Millimiz liderliyi əldən verib  - YENİLƏNİB

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

Apasport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edib.

Siyasət Əsgərovun yetirmələri liderlik uğurunda  Monteneqro ilə üz-üzə gəlib. Komandamız qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Qeyd edək ki, millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

8 aprel

20:00. Monteneqro (Qadınlar) - Azərbaycan (Qadınlar) 1:1

Baş hakim: Marta San Juan

Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta

Dördüncü hakim: Antoine Chiaramonti

Nikşiç şəhər stadionu.