Millimiz mövqeyini qorudu - FİFA reytinqi
20.07.2023 - 12:32
Millimiz mövqeyini qorudu - FİFA reytinqi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 121-ci komandasıdır.

Komandamızın hesabında 1143 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.

Hesabat dövründə heç bir matç keçirməyən komandamızın xal hesabı da dəyişməz qalıb. Cədvələ 1844 xala malik Argentina başçılıq edir.

Qeyd edək ki, qardaş Türkiyə yığması 1484 xalla 41-cidir.

0