17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə əldə edən komandaların qarşılaşmasında Özbəkistan seçməsi 2:1 hesablı qələbə qazanıb. Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Bununla U-17 İnkişaf Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA
- Dünya çempionatına 14 gün qalmış – Hövsanda son hazırlıqlar - VİDEO