Millimiz Özbəkistana məğlub olub
12.10.2025 - 18:12
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0