Millimiz Qazaxıstana yollanıb
22.05.2024 - 13:58
Millimiz Qazaxıstana yollanıb

Stolüstü tennis üzrə milli komandamız Qazaxıstana yollanıb.

Apasport.az xəbər verir ki, Çimkənd şəhərində təşkil olunan toplanışda məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artıracaq.

Qazaxıstan seçməsi ilə bu gün başlanan birgə təlim-məşqlər mayın 31-də yekunlaşacaq.

Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

0