Millimiz qələbə qazandı - YENİLƏNİB
12.09.2023 - 21:55
Millimiz qələbə qazandı - YENİLƏNİB

Azərbaycan milli komandası bu gün yoldaşlıq matçı keçirib. 

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri evdə İordaniya millisini sınağa çəkiblər. 

Yığmamız “Dalğa Arena”da baş tutacaq qarşılaşmada qələbə qazanıb. İlk birinci hissəyə əlavə olunmuş dəqiqədə vurulub. Emin Mahmudov penalti zərbəsini dəqiq yetirib. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdirsələr də, Renat Dadaşov sona 11 dəqiqə qalmış qələbə topunun müəllifi olub.

 

 

Beynəlxalq yoldaşlıq oyunu
20:00. Azərbaycan - İordaniya - 2:1
Qol:
Emin Mahmudov, 45+1 (pen.). Renat Dadaşov, 79 - Əl Raşdan, 57
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov (k), Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.
İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.
Bakı. "Dalğa Arena"

0