Millimiz qrup liderliyinə yüksəldi
                    
                    25.04.2025 - 01:23
                        
                     
                    Minifutbol üzrə Azərbaycan yığması Millətlər Liqasında ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, Monteneqroda təşkil olunan turnirdə komandamızın ikinci rəqibi Türkiyə seçməsi olub.
Millimiz "ay-ulduzlular"a minimal hesabla qalib gəlib. Bu nəticə ilə yığmamız qrup liderliyinə yüksəlib.
Qeyd edək ki, komandamız ilk matçda Bosniya və Herseqovinanı məğlub edib - 7:2.
Millətlər Liqası
Qrup mərhələsi
22:30. Azərbaycan - Türkiyə - 1:0
                                
                                13
                                
                                1
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            