Millimiz Tacikistana məğlub olub
23.02.2026 - 15:24
Millimiz Tacikistana məğlub olub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.

Apasport.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə Rusiya (1:7), Özbəkistana (1:3) və Belarus (1:0) yığmaları ilə üz-üzə gəlib.