Yığmamız toplanışa start verdi
22.05.2025 - 13:12
Qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqasının seçmə mərhələsinin son görüşünün hazırlığını Bakıda gerçəkləşdirir.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 29 futbolçu ilə hazırlıq keçir. Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün yekun heyət mayın 25-də açıqlanacaq.
Qeyd edək ki, C Liqasının IV qrupunda mübarizə aparan millimiz mayın 30-da Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq.
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
0
0