Millimiz üçün BAHAR PERSPEKTİVİ
21.03.2023 - 16:23
Millimiz üçün BAHAR PERSPEKTİVİ

Azərbaycan millisi 2023-cü ildəki ilk oyunlarını martda keçirəcək.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri AVRO-2024-də mübarizəyə səfər qarşılaşmaları ilə başlayacaq.

Avstriya və İsveçdəki matçların millimizin FİFA reytinqinə necə təsir edə biləcəyi dəqiqləşib. Yığmamız özündən reytinqli rəqiblərlə qarşılaşacağı üçün heç-heçə də komandamızın lehinə olacaq.

Hər iki oyunda qələbə 40,4 xal gətirəcək. İki məğlubiyyət isə 9,6 xal itirilməsi ilə nəticələnəcək. Bahardakı görüşlərdə ən azı 1 xal qazanılsa, FİFA reytinqində müsbət nəticə olacaq.

24 mart
Avstriya – Azərbaycan

Qələbə: 19,8
Heç-heçə: 7,3
Məğlubiyyət: -5,2

27 mart
İsveç – Azərbaycan

Qələbə: 20,6
Heç-heçə: 8,1
Məğlubiyyət: -4,4

Qeyd edək ki, hazırda 1151,82 xala malik yığmamız dünyada 121-cidir.
 

0