Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə pley-off və yarımfinal oyunları keçirilib.
Millimiz pley-offda Fransa komandasından güclü olub. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 hesabı ilə başa çatıb. Mərhələnin digər matçında Çexiya futbolçuları ukraynalı rəqiblərini məğlubiyyətə uğradıblar.
Təəssüf ki, yığmamız eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Güclü Serbiya ilə matç 2:3 hesabı ilə qonaq komadanın qələbəsi ilə başa çatıb.
Pley-off
Çexiya – Ukrayna – 4:1
Fransa – Azərbaycan – 2:3
½ final
Serbiya – Azərbaycan – 3:2
Qazaxıstan – Çexiya – 2:8
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım