Millimiz yenidən Avstriyaya böyük hesabla uduzdu - YENİLƏNİB
25.03.2023 - 01:36
Millimiz yenidən Avstriyaya böyük hesabla uduzdu - YENİLƏNİB

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə başlayacaq.

Canni de Byazinin yetirmələri həm 2023-cü ildə, həm də tsikldə ilk matçına səfərdə çıxacaq. Komandamız Lints şəhərində Avstriyanın qonağı olacaq. 

Üç gün sonra İsveçlə qarşılaşacaq millimiz mərhələyə xalla başlamağa çalışacaq. Son 5 görüşdə qələbələri sıralayan yığmamız ən azı məğlubiyyətsizliyini davam etdirməyə köklənib.

Qeyd edək ki, qrupumuzun digər oyununda İsveç Belçikanı qəbul edəcək.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu
24 mart
23:45. Avstriya – Azərbaycan - 4:1
Qollar:
Zabitser, 28. 50. Qreqoriç, 30. Baumqartnet, 69 – E.Mahmudov, 64
Baş hakim: Bartoş Frankovski (Polşa)

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Zayvald, 9. Marsel Zabitser (k), 11. Mixael Qreqoriç, 16. Filipp Mvene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimer, 23. Qernot Trauner

Baş məşqçi: Ralf Ranqnik

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Rişard Almeyda, 21. Ozan Can Kökçü

Baş məşqçi: Canni De Byazi

Lints. “Raiffeisen Arena”

0