Millimizdən böyükhesablı məğlubiyyət - YENİLƏNİB
09.04.2024 - 18:04
Millimizdən böyükhesablı məğlubiyyət - YENİLƏNİB

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Apasport.az xəbər verir ki, yığma komandamız B Liqasının 1-ci qrupunda "Dalğa Arena"da İsveçrə millisi ilə qarşılaşıb. 

Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb: 4:0.

9 aprel 
16:00. Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar) 0:4
Qollar: Valotto, 11, Buhler, 20, Pilgrim, 52, Riesen, 54

Baş hakim: Alina Peşu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir

"Dalğa Arena".

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

0