Millimizdən növbəti böyükhesablı məğlubiyyət
17.04.2026 - 16:28
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Həbib Ağayevin yetirmələri Gürcüstan yığmasına uduzub.
Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.
Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.
0
0