Millimizin baqajı itib – komanda Polşaya əli cibində yollanıb
12.10.2025 - 16:05
Futbol üzrə Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Ukrayna ilə görüş üçün Polşaya yollanıb.
Apasport.az "Tass"a istinadla xəbər verir ki, yolda millinin üzvlərinin baqajı itib.
Mənbənin məlumatına görə, yığma Krakova baqajsız gedib.
Bu səbəbdən komanda Ukrayna ilə oyun öncəsi məşqlərə vaxtında başlaya bilməyib.
Qeyd edək ki, Ukrayna - Azərbaycan görüşü oktyabrın 13-də baş tutacaq.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0