Millimizin baş məşqçisi: "Oyun intizamından qopduq"
08.03.2023 - 02:09
Millimizin baş məşqçisi: "Oyun intizamından qopduq"

“Oyuna yaxşı başladıq və 2 real qol epizodu yaratdıq. Təəssüf ki, həmin epizodlardan istifadə edə bilmədik".

Apasport.az xəbər verir ki, bunu futzal üzrə millimizin baş məşqçisi Juze Alesiu da Silva deyib.

Braziliyalı məşqçi DÇ-2024-ün əsas mərhələsi çərçivəsində keçirilmiş Polşa – Azərbaycan oyunundan (7:2) sonra fikirlərini səsləndirib: "Bu cür oyunlarda kim şansından tez istifadə etsə, ilk qolu vursa, qalib gəlir. Biz epizodları qaçırdıq, əvəzində qapımızdan qol buraxdıq. Daha sonra səhvə yol verdik və fərq artdı. Sanki oyun intizamından qopduq. Sona qədər mübarizə aparmaq lazım idi. Hesabda fərq yarandıqca məcbur olub risk etdik. Əgər dünya çempionatında oynamaq istəyiriksə, bu cür səhvlər etməməliyik”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra millimiz əsas mərhələni qrup 2-cisi kimi bitirib.

 

0