Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib
17.05.2024 - 17:17

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.
Azərbaycan komandası hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.
Qeyd edək ki, qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB
0
0