Azərbaycan millisinin hücumçusu Renat Dadaşov daha bir klubun maraq dairəsinə düşüb.
Apaaport.az saytının məlumatına görə, Belçikanın ən titullu klubu “Anderlext” 24 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır.
Bir müddət əvvəl millimizin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə də maraqlanan Brüssel təmsilçisi Renatın keçidini yayda reallaşdırmaq fikrindədir. Belçikalılar onu “Qrasshopper”dən transfer etmək üçün artıq indidən danışıqlara başlayıb.
İsveçrə təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq hücumçunun Belçika nəhənginə keçib-keçməyəcəyi yayda dəqiqləşəcək.
Qeyd edək ki, Dadaşovun xidmətində İtaliya A seriyası təmsilçisi "Salernitana" da maraqlıdır.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."