Millimizin iki oyununun stadionu dəqiqləşdi
24.08.2023 - 12:06
Millimizin iki oyununun stadionu dəqiqləşdi

Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Noyabrın 16-da İsveç və 19-da Belçika milli komandasına qarşı keçiriləcək qarşılaşmaların stadionu və başlama vaxtı məlum olub. İsveçlə matç Tofiq Bəhramov adına Respublika stadionunda, Belçika yığması ilə qarşılaşma isə “King Baudouin Stadium”da keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

0