Millimizin ilk oyunu “Dalğa Arena”da
17.08.2023 - 15:02
Millimizin ilk oyunu “Dalğa Arena”da

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyununun məkanı və başlama saatları müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

İlk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda yer alan yığmamız turnirə evdə başlayacaq. Sentyabrın 22-də, saat 17:00-da Kipr yığmasına qarşı oyun “Dalğa Arena”da baş tutacaq.

Millimiz sentyabrın 26-da, saat 20:00-da səfərdə Monteneqro yığması ilə üz-üzə gələcək. Bu matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.
 

0