Millimizin mövqeyi dəyişməyib
20.01.2026 - 21:38
Millimizin mövqeyi dəyişməyib

FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının reytinqdəki mövqeyində dəyişiklik olmayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi milli 1132.97 xalla 127-ci pillədədir.

Qeyd edək ki, reytinqə 1877.18 xalla İspaniya yığması rəhbərlik edir.