Millimizin sabiq müdafiəçisi Premyer Liqa arzusunda
31.08.2023 - 13:13
Millimizin sabiq müdafiəçisi Premyer Liqa arzusunda

Azərbaycan milli komandasının sabiq futbolçusu Elvin Yunuszadə klub axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçinin bu mövsümü harada keçirəcəyi hələ də dəqiqləşməyib. 

Elvin uzun müddətdir ki, “Araz-Naxçıvan”ın düşərgəsində məşq edir. O, Premyer Liqa klubunun məşqçilər korpusunun etimadını qazanmağa çalışır.

Yunuszadənin Naxçıvan təmsilçisində qalıb-qalmayacağı dəqiqləşməyib. “Neftçi” və “Qarabağ” kimi komandalarda da oynamış Yunuszadə özü “Araz-Naxçıvan”da forma geyinmək arzusundadır.

Qeyd edək ki, müdafiəçi sonuncu rəsmi matçını ötən ilin oktyabrında “Kəpəz”in heyətində keçirib.

0