Millimizin üzvü I Liqa klubunda
16.09.2025 - 09:09

Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda müdafiəçi Əsgər Hüseynovla 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı təcrübəli oyunçu son olaraq 2024/25 mövsümündə “Şəfa”nın formasını geyinib. O, bundan əvvəl “Qarabağ U-19”, “Qarabağ-2”, “Neftçi-2”, “Araz-Naxçıvan”, “Mingəçevir” və “İmişli” klublarında çıxış edib.
Əsgər Hüseynov həmçinin Azərbaycan milli komandalarının U-17, U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.
0
0