Yeniyetmə şpaqaçımız Xədicə Həsənli Polşanın Krakov şəhərində keçirilən "European Cadet Circuit" turnirində 200 iştirakçı arasında 3-cü olaraq gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, Xədicə yarımfinala gedən yolda Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna, Çexiya qılıncoynadanlarına qalib gəlib.
Şpaqaçımız finalın bir addımlığında turnirin qalibi, Ukrayna təmsilçisi Mariya Seredaya 13-15 hesabı ilə uduzub.
Xədicə Həsənli, Aynur Quliyeva, Xatun Bayramova və Nəzrin Mehdiyevadan ibarət yeniyetmə şpaqaçı qızlardan ibarət millimiz komanda yarışında ilk görüşündə Polşa yığmasına 45-37 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Çexiya seçmə kollektivinə 31-45 hesabı ilə məğlub olub.
Abbas Səmədli, Emin Səfərbəyov, Mirxətai Məmmədov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçılarımız isə ilk görüşdə İtaliya yığmasına 38-45 hesabı ilə uduzub.
Məşqçimiz Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib